Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51120
az

\"Mən də boşanma krizi yaşamışam\"

17:2924 Mart, 2021
2462
  • A

Hər cütlük 4 ildən bir boşanma krizi yaşayır. Mən də yaşamışam. Necə deyim, yox? Ailədə söz-söhbət, hər şey olur. Biri od olanda, biri su olmalıdır. Amma mən də konfet deyiləm. Vay o günə üzüm dönsün.

Oxu24.com axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Gün ortası" proqramında deyib. Sənətçi həyat yoldaşı Rövşən Cahangirovla münasibətlərindən danışıb.

Elnarə gündəmdə qalmaq üçün verilişlərdə qurulan ssenarilərdən söz açıb:

"Gündəmdən geri qalmağı sevmirəm. Çalışıram ayaqlaşım. Bəzən isə verilişdə oturub qeybət edir, ya da ağla, danış deyirlər. Xaricdə yaşasaydıq, bəlkə bunları edərdim. Amma Azərbaycanda edə bilmirəm. Yeni bir ailəyə girmişəm. Qayınana, qayınata, ailə var. Çalışıram elə danışım, addım atım ki, ailəmə, övladlarıma söz gəlməsin".

Elnarə pəhriz saxlamamısndan danışaraq "Beşgünlük dünyadır. Bəlkə burdan gedəndə öldüm. Niyə gözüm masadakında qalsın. İstəyirəmsə, az da olsa yeyəcəm" sözlərini söyləyib. 

İfaçı bildirib ki, övladları çox dəcəldir:

"Qonşular da dəfələrlə üstümə gəliblər. Hətta bir dəfə balonu eyvandan atıblar, xoşbəxtlikdən kiməsə ziyan dəyməyib. Ən nadinç Tuğərdir".

E.Xəlilova "Sizin verilişə çağıranda gah Röya Ayxan, gah da Natavan Həbibidən sual verirlər. Danışırsınız" sualına "Nömrələri yoxdur. Olsa danışaram. Sual versinlər, normal danışmaq lazımdır. Qeybət yox. Bundan tamaşaçı da bezir" cavabını verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mətanət İsgəndərli ötən gün vəfat edən qardaşından yazdı - FOTO
Çingiz Mustafayevin toyu olacaq
Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü