Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48501
az

Mətanət İsgəndərlinin oğlunun uşağına işgəncə verməsinin təfərrüatı MƏLUM OLDU

22:4510 Fevral, 2021
3237
  • A

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdar artist Mətanət İsgəndərlinin oğlunun öz övladını işgəncələrə məruz qoyması ilə bağlı sosial şəbəkələrdə yayılan fotolara münasibət bildirib.

Məsələ ilə bağlı "Oxu24.com"un sorğusunu cavablandıran Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu deyib ki, faktla bağlı artıq təmsil etdiyi qurumda araşdırmalara başlanılıb.

Onun sözlərinə görə, Dövlət Komitəsində sosial şəbəkələrdə uşağın işgəncələrə məruz qaldığını əks etdirən foto-məlumatlarla bağlı dərhal araşdırma aparılıb.

Məlum olub ki, vətəndaş Aynur Vaqif qızı Həmidovanın uşağı həyat yoldaşı Kərim Həmidov tərəfindən döyülüb: "Hadisənin yay ayında törədildiyi müəyyənləşib. Nə uşağın anası, nə də digər qohumlar tərəfindən baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilməyib. Uşağın döyülməsinə onların nənəsigilə getməməsi səbəb olub. Hazırda məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir".

T.Mərdanoğlu bildirib ki, hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Qeyd edək ki, əməkdar artist Mətanət İsgəndərlinin "Canan" ləqəbi ilə tanınan gəlini Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı məlumatlar yayıb. O, həmçinin işgəncələri əks etdirən fotoları da nümayiş etdirib.

Xatırladaq ki, uzun müddət bir-birindən ayrı yaşayan cütlüyün hazırda rəsmi boşanmaları üçün məhkəmə işi davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mətanət İsgəndərli ötən gün vəfat edən qardaşından yazdı - FOTO
Çingiz Mustafayevin toyu olacaq
Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub