Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47548
az

“Rəmiş əməliyyat olunsa, sağ çıxmayacaq” - VİDEO

21:4027 Yanvar, 2021
3814
ŞOU-BİZNES
  • A

"Həmin Zaur" proqramı səhhətində problem yaranan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) evindən reportaj hazırlayıb.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal gitara ifaçısına evində baş çəkərək onun son görüntülərini lentə alıb.

Xalq artistinin xanımı Gülü qeyd edib ki, Rəmişin yaşı və bronxlarında yaranan problem səbəbindən qaraciyər transplantasiyası həyata keçirilməyəcək:

"Rəmişdən ötrü hər gün ağlayıram. Bronxlarından əziyyət çəkirdi. İndi də qaraciyər bir tərəfdən problem yaratdı. Su yığılıb, bir dəfə çəkdirmişik. Həkim açıqladı ki, əməliyyat olunmalıdır. Amma baş tutmayacaq, nəfəsində, ağciyərində də problem var. Əməliyyat olsa, sağ çıxmaz. İndi müalicə üsulu ilə sağaltmağa çalışırıq.

Camaat da deyir ki, guya mən yardım istəmişəm. Mənim heç kimin pul yardımına ehtiyacım yoxdur. Dövlət ona ev, fəxri ad verib".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO