Türkiyədə “Azərbaycanın sevgi mahnıları” adlı musiqi albomu satışa çıxarılıb.
Oxu24.com xəbər verir ki, ötən ay satışa çıxarılan albom “Ahenk müzik” firması tərəfindən hazırlanıb. Albomu İstanbulun Mərmərə Universitetinin musiqi fakültəsinin məzunu Utku Barış Andaç və İstanbul Texniki Universitetini səsyazma və studiya texnologiyaları ixtisası üzrə bitirmiş Ozan Sarıboğa tərtib edib. İyirmi mahnının instrumental ifasından ibarət alboma Azərbaycanın görkəmli bəstəkarları Tofiq Quliyevin “Qəmgin mahnı”, “Sənə də qalmaz”, Rauf Hacıyevin “Nazəndə sevgilim”, Cahangir Cahangirovun “Ay qız” və digər əsərlər, həmçinin xalq mahnıları daxil edilib. Mahnıların instrumental ifaçıları da Utku Barış Andaç (skripka) və Ozan Sarıboğandır (fortepiano).
Oxu24.com
ŞƏRHLƏR