Röya ilə sarmaş-dolaş fotosu yayılan azərbaycanlı model kimdir? -
11:0624 May, 2018
3949
ŞOU-BİZNES
A
Ötən gün yeni klipini təqdim edən əməkdar artist Röya Ayxanın klipdəki tərəf müqabili izləyicilər tərəfindən bəyənilib. Çoxları onun əcnəbi model olduğunu zənn etsə də, klipdə çəkilən bəy azərbaycanlıdır. Bu barədə model Nuru Əhmədov Oxu24.com saytına açıqlama verib. O, bu klipin onun karyerasında ilk olmadığını bildirib:
“2011-ci ildən modelliyə başlamışam. Azərbaycanın ən böyük model agentliyi ilə işləyirəm. Eyni zamanda ölkədə bir çox tanınmış brendin simasıyam. Klip ve reklamlarda çəkilmişəm. Hazırda da bu kimi çəkilişlərim davam edir. Röya ilə klip çəkilişim təsadüfi deyildi. Röya xanımın yeni klipində tərəf müqabili lazım idi. Kastinq zamanı şəxsən özü məni seçdi. Düşünürəm ki, bu mənim modellik karyerasmda yeni bir səhifə açacaq”.
N.Əhmədov Azərbaycanla yanaşı, Türkiyədən də film və serial təklifləri aldığını bildirib:
“Ölkə daxilindən film təklifləri olur. Lakin filmdə oynamaq üçün hələ özümü hazır saymıram. Türkiyənin “Paramparça” serialından təklif almışdım. Amma dediyim kimi, serialda, filmdə rol almaq üçün əvvəlcə aktyorluq qabiliyyətimi yüksək səviyyəyə çatdırmalıyam. Düşünürəm ki, əvvəlcə aktyorluq dərsləri almalıyam, daha sonra filmlərdə rol ala bilərəm”.
ŞƏRHLƏR