Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19514
az

“Polis məni görüb Ədalətlə səhv saldı” - Tünzalə

10:5428 Oktyabr, 2019
1033
ŞOU-BİZNES
  • A
 
“Mənim üçün gözlənilməz oldu. Ad günüm idi, təbriklər alırdım. Saat 17:00 radələrində iş görüşməsində idim. Baxdım ki, prodüserim Yalçın telefonla danışır və üz ifadəsi dəyişdi. Qəhərlənməyə başladı. Çox qorxdum, bir anın içində beynimdən min fikir keçdi. Ondan soruşdum, mənə telefonu uzatdı ki, qulaq as! Mənə dedilər ki, təbrik edirik, Xalq artisti olmusuz. Necə hiss keçirəcəyimi bilmirdim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “Fatehin divanı” proqramında qonaq olarkən deyib. Yeni fəxri ada layiq görülən müğənni  Prezident İlham Əliyevin sözügedən Sərəncamının ad gününə təsadüf etdiyini vurğulayıb:

“Ad günü keçirməyi sevmirəm. Sakitliyi xoşlayıram. Qonaqlar Əməkdar artistin ad gününə gəlmək üçün evdən çıxmışdılar, çatanda artıq Xalq artistinin məclisində idilər. Hələ mənim şəxsi nömrəm çox insanda yox idi, o qədər təbrik zəngləri gəldi ki...”.

Bundan əlavə, sənətçi tədbirlərin birində həmkarı, Əməkdar artist Ədalət Şükürovla səhv salındığını bildirib: “Bir dəfə açıq havada dövlət tərəfindən təşkil olunan konsertdə idim. Artistlər üçün dəhliz ayrılıb. Bir-bir maşınları içəri buraxırlar. Polis əməkdaşı yaxınlaşdı. Mən də maşının ön oturacağında əyləşmişdim. Polislə göz- gözə gəldik. Amma o, arxaya baxdı. Prodüserim və bir dostumuz əyləşmişdi. Ratsiya ilə digərlərinə xəbər verdi ki, maşını buraxın, Ədalət Şükürov gəlir (gülür).  Mən bir güzgüyə baxdım, bir də insanlara... Mənim haram Ədalətə oxşayır? Hər dəfə gülüb-danışırıq. Məni Ədalətə oxşadan da olub”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda məşhur qadın müğənnilər eyni kişiyə ərə gedibmiş - VİDEO
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı - Video
Hərbçi əri ilə boşanmamış  Musa ilə evləndi, barəsində cinayət işi açıldı - Təranə Qumral kimdir?

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı