Qaynar xətt:

(+99450) 247 90 86

Brilliant Dadaşovanın doğum günüdür  —  Xalq artistimiz neçə yaşındadır? 

Brilliant Dadaşovanın doğum günüdür  —  Xalq artistimiz neçə yaşındadır? 

ŞOU-BİZNES

177

15.09.2026, 22:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın doğum günüdür.

Oxu24.com xatırladır ki,Brilliant Süleyman qızı Dadaşova  1965-ci ilin bu günü Bakı şəhərində anadan olub.

Onun doğum tarixi bir müddət müzakirələrə səbəb olmuşdu.Bəzi mənbələrdə müğənninin  1959-cu il təvəllüdlü olduğu iddia olunur.

Bu isə Xalq artistinin 67 yaşında olması deməkdir.Müğənni haqqında yayılan bu xəbərlərə  uzun müddət  açıq münasibət bildirməyib.

Xalq artisti son illər verdiyi müsahibəsində  Türkiyə paspotunda doğum günün səhv yazıldığını etiraf edib.Məlumata görə,Xalq artistinin Türkiyə pasportunda onun doğum tarixinin 1 iyulda yazılıbmış.Bu məsələ uzun müddət mübahisə yaratmışdı.Xalq artistinin saxta pasportdan istifadə etdiyi iddia olunurdu.Maraqlısı budur ki,efirlərin birində müğəniyə  neçə yaşının olması soruşulsa da,o buna cavab verməyib.

Qısası,yaşının neçə olmasından asılı olmayaraq Brilliant Dadaşova müasir Azərbaycan estradasının ən parlaq və öndə gedən ifaçılarındandır.Bu məsələdə müğənninin ailəsinin və soyadını daşıdığı Dadaşovlarında rolu böyükdür.

Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi.

1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyniadlı musiqi albomu çıxır.

1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi.

1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alır.

1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunmuşdur.

1990-cı ildə müğənninin mövcud Sovet rejimin əleyhinə oxuduğu "Heykəllər" mahnısına görə yenidən qadağalara məruz qalır. Elə həmin illərdə o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr aktyoru" fakültəsini bitirir. Həmin ildə də Türkiyəyə ilk dəvət alan müğənni TRT kanalının "Avrasiya konseri" çəkimlərində iştirak edir.

1991-ci ildə Brilliant Dadaşova Yaşıl Teatrda ilk solo konsert proqramı ilə çıxış edir. 1993-cü ildə dövlət televiziyasında "Bu axşam" proqramının aparıcılığını etməklə Azərbaycanda ilk aparıcı müğənni olur. Həmin il müğənninin "Azərbaycanın səsi" adlı ilk albomu işıq üzü görür. 1994-cü ildən müğənni indiki Heydər Əliyev adına Sarayda ilk böyük solo konsert proqramı ilə çıxış edir.

Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başladı. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova oldu. O, Rusiyanın ən iri iki şəhərində — Moskvada və Sankt-Peterburqda çıxış etdi.

Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxır. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu olur.

1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qaldı. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxır.

1998-ci ildə "Dərdimdən öləcəksən" adlı disk çıxır.

1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın əməkdar artisti adı verildi. Həmin ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirdi.

1999-cu ildə müğənninin Türkiyədə "Seyduna Türküləri" adlı ikinci diski işıq üzü görür. Daha sıx-sıx Türkiyə telekanallarında görünən müğənni ard-arda Memedeli Arbil, Seda Sayan, Beyaz, Esra Ceyhan, Metin Şentürk kimi tanınmış aparıcıların proqramlarında qonaq olur. Həmin illərdə müğənnini oğluna həsr etdiyi "Maç-maç, quc-quc" mahnısı Türk bəstəkarı və müğənnisi Oqtay Raqa tərəfindən oğurlanır və Turkcellin reklam kompaniyasında istifadə olunmağa başlayır. Müəllif hüquqlarının qorunması üçün məhkəməyə müraciət edən Briliant Dadaşovanın müəllifliyini tanıyan Türkcell şirkəti onunla 5 illik müqavilə imzalayır.

Brilliant Dadaşova 1999-cu il bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçilmişdir.

2000-ci ildən 2005-ci ilədək o, Azərbaycanın Space TV kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparırdı. 

2008-ci ildə isə müğənni "Lider" televiziyasında "Mən sənətkaram", 2012-ci ildə Türkiyənin TMB kanalında "Pirlantalı Gecələr" proqramının aparıcısı olur. 2009-cu ildə Türkiyədə ona novbəti uğur gətirən "Masal dünyam" adlı albomu işıq üzü görür. 2012-ci ildə balaban ustası Əlixan Səmədovla birgə "Çıx Yaşıl Düzə" mahnısını yeni versiyada ifa edir və mahnıya çəkilən klip Türkiyə telekanallarında böyük uğurla yayımlanır. 2013-cü ilin may ayında müğənni 13 il fasilədən sonra Azərbaycanda yenidən solo konsert proqramı ilə çıxış edir.

2008-ci ildə Brilliant Dadaşova Azərbaycanın Xalq artisti fəxri adına layiq görülür.

Brilliant Dadaşovanın anası avtomobil qəzasında həlak olmuş məşhur Azərbaycan qarmon ifaçısı Qızxanım Dadaşovadır. Lalə, Sədaqət, İradə adlı üç bacısı var.

Həyat yoldaşı  Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevdir, bir oğlu var.

Azərbaycanın görkəmli teatr və kino aktyoru,mərhum  Xalq artisti Rəfael Dadaşovun əmisi qızıdır.

Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.

Damarların sərtləşməsi və daralması hansı təhlükələr yaradır?   

22:25 / 15 Sentyabr 2026

TİBB TİBB

Damarların sərtləşməsi və daralması hansı təhlükələr yaradır?   

69

0
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır 

22:24 / 15 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır 

62

0
16 sentyabrda bizi nələr gözləyir?  —  Ulduz falı

22:23 / 15 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

16 sentyabrda bizi nələr gözləyir?  —  Ulduz falı

142

0
İran və Ermənistan arasında yeni gömrük sazişi: Regional tranzit baxımından nəyi dəyişir? — ŞƏRH  

22:14 / 15 Sentyabr 2026

SİYASƏT SİYASƏT

İran və Ermənistan arasında yeni gömrük sazişi: Regional tranzit baxımından nəyi dəyişir? — ŞƏRH  

62

0
Şəhərlərdə səs-küy KABUSU: Avtomobillər sakinlərin rahatlığını necə pozur?  

22:09 / 15 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şəhərlərdə səs-küy KABUSU: Avtomobillər sakinlərin rahatlığını necə pozur?  

57

0
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  

22:07 / 15 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  

60

0
Həmyerlimizin adı Kanadada əbədiləşdirildi - Foto

21:53 / 15 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Həmyerlimizin adı Kanadada əbədiləşdirildi - Foto

184

0
Alpinistlərin sidiyi 154 ton buzun əriməsinə səbəb olur - Everestdə gözlənilməz təhlükə

21:46 / 15 Sentyabr 2026

DÜNYA DÜNYA

Alpinistlərin sidiyi 154 ton buzun əriməsinə səbəb olur - Everestdə gözlənilməz təhlükə

76

1
Ağciyərdə qan izləri hansı xəstəliklərin xəbərçisi ola bilər? 

21:25 / 15 Sentyabr 2026

TİBB TİBB

Ağciyərdə qan izləri hansı xəstəliklərin xəbərçisi ola bilər? 

78

0
Evdə heç nə etmədən milyonlar qazana bilərik – Qardaş ölkədə artıq başlayıblar

21:20 / 15 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Evdə heç nə etmədən milyonlar qazana bilərik – Qardaş ölkədə artıq başlayıblar

81

0
Bakı Qızlar Universitetindən 682 tələbə BU UNİVERSİTETƏ KÖÇÜRÜLÜB - RƏSMİ

21:09 / 15 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı Qızlar Universitetindən 682 tələbə BU UNİVERSİTETƏ KÖÇÜRÜLÜB - RƏSMİ

201

0
İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar 

20:51 / 15 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar 

78

0