Məhşur aktyor uzun müddət sonra - VİDEO
22 Mart 2025, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86ŞOU-BİZNES
953
11.02.2025, 16:11
90-ların sonu, 2000-lərin əvvəli – TV verilişləri arasında populyarlığı və reytinqi ilə lotereya verilişləri birinci yerdə idi. İnsanlar işdən evə gedərkən həvəslə bilet alar, axşam canlı efirdə bəxtini sınayardı. O dövrün cavanları üçün lotereya verilişləri ailəvi bir əyləncəyə çevrilmişdi. Bu gün həmin nəsil o illəri nostalji hisslərlə xatırlayır və ən əsası, lotereyanı sevdirməkdə böyük rolu olan Çingiz Əhmədovu unutmur…
Uzun fasilədən sonra yenidən lotereya verilişinə aparıcı qismində qayıdan, öz unikal performansı ilə efirləri canlandıran tanınmış aparıcı və aktyor Çingiz Əhmədov ilə müsahibəmizi təqdim edirik.
İlk lotereya verilişinin aparıcısı. O, necə seçildi?
Azərbaycanın tanınmış komediya aktyoru, Əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədov, ilk dəfə lotereya verilişinə aparıcı seçilməsi ilə bağlı maraqlı xatirələrini bölüşüb: “1998-ci ilin sonları idi. “Bəxt loto” üçün aparıcı seçimləri gedirdi. Seçimi Gürcüstandan gəlmiş mütəxəssislər aparırdı. 8 -10 nəfər namizəd var idi. Mən gələndə namizədlərin şəkilləri arasında özümün də fotomu gördüm – özü də gülərüzlü bir şəkil idi. Seçicilər məhz həmin şəklə baxıb dayandılar və qərarlarını verdilər.
O vaxt bu veriliş inanılmaz populyar idi! İnsanlar böyük maraqla “Bəxt loto”nu izləyirdi. Verilişin konsepti də cəlbedici idi – 45-50 dəqiqəlik bir proqram idi. Musiqili hissəsi üçün Cavan Zeynallı və digər məşhur müğənniləri dəvət edirdik. Bir dəfə Cavan Zeynallı verilişə gələndə gülərək dedi: “Adə, Çina, elə rahat gəldim ki, yollar bomboş idi. Sən demə, hamı evdədir, hamı sənin verilişinə baxır!”
Təqdim etdiyi ən böyük uduşlar
"O vaxtlar 50 minlik və 10 minlik (“Şirvan”) əsginaslar var idi. Yadımdadır ki, cekpot qaliblərinə podnos dolusu 50 minliklər təqdim etmişəm. O dövr üçün bu, inanılmaz məbləğ idi."
“VAZ-2107” qazanan qalib niyə sevinmədi? Qaliblərlə bağlı unudulmaz xatirələr
“VAZ-2107” udan bir qalib var idi ki, onu heç vaxt unutmaram. Boynunu əyəcək qədər qalın və uzun bir boyunbağı taxmışdı. Biz onu təbrik etdik, o isə kuponu göstərib soruşdu: “Bunun nə qədər vaxtı var hədiyyəni götürməyə?” Dedilər ki, 6 ay ərzində hədiyyə götürülməlidir, əks halda verilməyəcək. O, kuponu cibinə qoyub dedi: "Biz Yessentukiyə gedirik, qayıdanda götürərik." Görünür, həmin avtomobil ona o qədər də lazım deyildi, sadəcə bəxtinə düşmüşdü.
Başqa bir maraqlı hadisə də yadımdadır. Bir ailə “VAZ-2107” udmuşdu. Hədiyyələrini götürməyə gələndə gördük ki, çox köhnə və yan tərəfləri çürümüş “VAZ-21011” ilə gəliblər. Ər-arvad məni görən kimi boynuma sarıldılar: "Çingiz müəllim, sənə qurban olaq, biz “07” udmuşuq!" Sevinclərinin həddi-hüdudu yox idi. Üstəlik, bizə böyük bir tort da gətirmişdilər.
Həmçinin oxuyun
Uzun fasilədən sonra yenidən efirə qayıtmaq …
“Bu lotereyanın yenidən başlamasını çoxdan gözləyirdim. Həm tamaşaçılar, həm mənim üçün yenilikdir, nostalji hisslərdir. Özümü elə hiss edirəm ki, sanki heç yaşlanmamışam.
Lotereya – bəxt məsələsidir. O vaxt daşları mən çıxarırdım, indi isə lototron fırlanır və nömrələr çıxır. İlk efirimdə 50 000 manat udulmuşdu. O qədər həyəcanlandım və sevindim ki, sanki uduşu mən qazanmışdım.
Qalib gələnlər arasında elələri var idi ki, sevincini hamıya danışırdı, elələri də vardı ki, heç kimə demirdi – qohumların borc istəməsindən ehtiyat edirdi. Amma udanlar nə qədər çox danışırdısa, insanlar da bir o qədər bu lotereyanın şəffaflığına inanırdı”.
“Oxucuları bəxtini sınamağa, lotereya oynamağa dəvət edirəm”
“Bir sözlə, efirdə məni – Çinanı görmək, lotereya oynamaq istəyənlər, sizə səslənirəm! Bilirəm ki, qalib gələcəksiniz. Və o gün gələndə mənə deyəcəksiniz: “Ay Çina, Allah səndən razı olsun, nə yaxşı bizi oynamağa, bəxtimizi sınamağa çağırdın!”
13:08 / 23 Mart 2025
Sabahki günlə bağlı xəbərdarlıq
1
12:18 / 23 Mart 2025
Möhtəşəm parkda YANĞIN
23
11:47 / 23 Mart 2025
Məşhur jurnalist SAXLANILDI
40
11:32 / 23 Mart 2025
İsraili yox , Ərəbistanı vurdular - ballistik raketlə
39
11:16 / 23 Mart 2025
Mask Bayden haqqında öz hesabında belə yazdı
56
10:59 / 23 Mart 2025
Ukrayna -ABŞ yenidən görüşəcək
67
09:59 / 23 Mart 2025
XİN: Ararat Mirzoyanın iddiaları tamamilə əsassızdır
65
09:56 / 23 Mart 2025
Güclü yanğın: Ölən var
70
09:02 / 23 Mart 2025
İsrail bombaladı: 18 nəfər ölüb
74
00:05 / 23 Mart 2025
İstanbulda dava olub- VİDEO
145
23:57 / 22 Mart 2025
Gədəbəydə Yaz qarı - VİDEO
150
23:44 / 22 Mart 2025
Məhşur aktyor uzun müddət sonra - VİDEO
169
23:19 / 22 Mart 2025
Putinin böyük planı
142
23:10 / 22 Mart 2025
Polkovnik qəfil vəfat etdi
171
22:46 / 22 Mart 2025
Xəzər dənizi ilə bağlı XƏBƏRDARLIQ
851
22:45 / 22 Mart 2025
Bu evlərin sahiblərinə ŞAD XƏBƏR -VİDEO
141
21:59 / 22 Mart 2025
Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtı
143
19:42 / 22 Mart 2025
Nigeriyada məscidə hücum - 44 ölü, 13 yaralı
162
18:29 / 22 Mart 2025
DİN video yaydı: Maskalı şəxs görün kim imiş
708
17:05 / 22 Mart 2025
Ekrem İmamoğlu aylıq bu qədər qazanırmış - ŞOK İFADƏ
227
16:53 / 22 Mart 2025
Məşhur aktrisa vəfat etdi
650
16:45 / 22 Mart 2025
Ağır qəza baş verib: Yaralılar var
205
14:49 / 22 Mart 2025
Sabirabadda 3 otaqlı evdə yanğın olub
212
14:26 / 22 Mart 2025
Vulin Serbiyanın səhvi barədə Şoyquya danışıb
222
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.