Xalq artisti Aygün Kazımova ilə müğənni Rəqsanə İsmayılova arasında "Hardasan" adlı mahnıya görə qalmaqal yaşanıb.
Mahnının bəstəkarı İsmayıl Əsədov Rəqsanənin mahnını lazımi qədər sevdirə bilməməkdə günahlandırıb.R.İsmayılova onu da qeyd edib ki, mahnını Aygün Kazımovadan sonra yox, əvvəl oxuyub:
"İsmayıl mənə müraciət etdi ki, biz mahnını Aygünə vermək istəyirik. Mən isə həmin ərəfədə qərara gəlmişdim ki, bütün köhnə aranjemanda olan mahnılarımı yeni aranjemanda tamaşaçılara təqdim edim və etdim də. Hazırda mahnılarımız İstanbulda aranjemandadır. Bu söhbətdən dostumuz Rəhim Rəhimli də xəbərdar olub. Rəhimlə Aygün mənə zəng vurub xahiş etdilər ki, mən facebook, instagram, youtube-dan mahnını yığışdırım. Mən isə cavabında dedim ki, Aygün belə edərdi? Əlbəttə ki, yox. Mən də mahnımı heç yerdən silmirəm və silmək də fikrim yoxdur".
Qeyd olunan qalmaqaldan sonra xalq artisti Aygün Kazımovanın fanatları Rəqsanə İsmayılovanın illər öncə səs yazma studiyasında qeydə alınan videosunu paylaşıb. Həmin video görüntülərdə müğənninin ifa zamanı səsinin çatmadığı və ortaya gülünc bir görüntünün çıxdığı görünür.Oxu24.com həmin görüntüləri təqdim edir:
Oxu24.com
ŞƏRHLƏR