Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96767
az

Məşhur idmançı qəfil öldü - FOTO

19:3120 Oktyabr, 2023
322
SON DƏQİQƏ
  • A

Biatlon və xizək yarışı üzrə üçqat Olimpiya çempionu Anfisa Reztsova 58 yaşında dünyasını dəyişib.

Oxu24.com  xəbər verir  ki,bu barədə Rusiya Biatlon İttifaqının (RUB) mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 19-da 59 yaşında Anfisa Reztsova vəfat etdi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Dəfn mərasiminin vaxtı və yeri daha sonra açıqlanacaq”, - məlumatda deyilir.

Martın 28-də Anfisa Reztsovanın ürək tutması ilə xəstəxanaya yerləşdirildiyi məlum olub.

Reztsova son günlərini Moskva vilayətində xəstəxananın reanimasiya şöbəsində keçirib və oktyabrın 15-də huşsuz vəziyyətdə aparılıb. Oktyabrın 20-də idmançı başqa xəstəxanaya aparılmalı idi, lakin o, özünə gəlmədən dünyasını dəyişib.

Reztsova 1985-2000-ci illərdə çıxış edib. 1988-ci ildə xizək estafetində Olimpiya çempionu olub. 1992-ci ildə rus qadın Olimpiadada biatlon sprintində qalib gəlib  və iki il sonra Lillehammerdə keçirilən Oyunlarda biatlon estafetində birinci yeri qazanıb. Bundan əlavə, Anfisa Reztsova xizək sürmə üzrə üçqat dünya çempionudur.

İdmançı 1985-ci ildə əri olan Leonid Reztsovun rəhbərliyi altında Vladimirdəki "Dinamo" idman cəmiyyətində məşqlərə başlayıb.

 

 

Müəllif:Nigar

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyaya PUA hücumu olub
Ağdamda ağır qəza: Ölən Zülfiyyə kimdir?
Ağır qəza baş verib: 5 nəfər xəsarət alıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gəncədə məktəbli bıçaqlanıb