Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94696
az

SON DƏQİQƏ! Məşhur aktrisa öldü

08:2102 Sentyabr, 2023
838
  • A

Argentinalı məşhur model, aparıcı və realiti-şou aktrisası Silvina Luna 43 yaşında uğursuz plastik əməliyyatdan yaranan fəsadlar səbəbindən vəfat edib.

 

Oxu24.com xəbər verir ki,bu barədə “Buenos Aires Times” qəzeti yazır.

 

Luna 79 gün qaldığı Buenos-Ayresdəki xəstəxanada avqustun 31-də vəfat edib.

O, iyunun 13-də kəskin böyrək çatışmazlığına səbəb olan hiperkalsemiya ilə xəstəxanaya daxil olub. Ulduzun böyrək transplantasiyasına ehtiyacı var idi və sağ qalmaq üçün həftədə üç dəfə dializ seansı keçirdi. Bədəninin mübarizə apara bilmədiyi bakteriyaların meydana çıxması transplantasiyanın qarşısını aldı.


Qadının səhhətində problemlər hələ 2010-cu ildə aparılan uğursuz plastik əməliyyat nəticəsində başlayıb.

Vəziyyəti koronavirusdan sonra yaranan fəsadlar daha da ağırlaşdırıb.

Onu  xilas etməyin qeyri-mümkün olduğu məlum olanda qohumlar onu həyati dəstək aparatından ayırmaq qərarına gəliblər. Nəşrin yazdığına görə, 2010-cu ildə əməliyyat keçirən plastik cərraha qarşı şou-biznes nümayəndələri də daxil olmaqla bir çox iddialar qaldırılıb.

 

Müəllif: Miri Məcidli

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir mühüm qərar İMZALADI
Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu