Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80252
az

Məşhur narkobaronun oğlu xüsusi əməliyyatla tutuldu - Ölkədə iğtişaşlar başladı

09:5106 Yanvar, 2023
581
SON DƏQİQƏ
  • A

Meksika polisi hərbçilərlə birlikdə cümə axşamı səhər tezdən məşhur narkobaron El Caponun (Qısa) oğlunu Sinaloa ştatının Culiacan şəhərində həbs edib.

Oxu24.com BBC-yə istinadən   xəbər verir ki, əməliyyat atışma və avtomobillərin yandırılması ilə müşayiət olunub, yerli aviaşirkətin təyyarəsinə bir neçə güllə dəyib.


Meksikanın müdafiə naziri general Luis Cresensio Sandoval bildirib ki, Ovidio Quzman-Lopez ələ keçirilməzdən əvvəl altı ay ərzində onun nəzarətində olub.

Meksikanın müdafiə nazirinin sözlərinə görə, Quzman-Lopes atasının yaratdığı Sinaloa narkotik kartelinin şöbəsinə rəhbərlik etməkdə ittiham olunub.

Bu, istehsal, qaçaqmalçılıq və narkotik ticarəti ilə məşğul olan dünyanın ən böyük gizli təşkilatlarından biridir.

Sandoval həmçinin aydınlaşdırıb ki, narkobaronun tutulması əməliyyatı ABŞ hakimiyyətinin dəstəyi ilə həyata keçirilib və hazırda cinayətkar ölkənin paytaxtı Mexikoda təhlükəsiz yerdə saxlanılır.

 

Narkotik baronunun həbsi məlum olduqdan sonra Culiacanda iğtişaşlar başlayıb.Küçələrdə atışmalar gedir. Yerli hakimiyyət orqanları sosial mediada Culiacanda təhsil və inzibati fəaliyyətlərin müvəqqəti olaraq dayandırıldığı barədə bildiriş yayıblar.

Kuliakan meri bildirib ki, hərbçilər səhər saatlarından xüsusi əməliyyat keçirib və bir çox ərazilər mühasirəyə alınıb.


Narkotik baronunun həbsi və Kuliakandakı iğtişaşlar gələn həftə Mexikoda Şimali Amerika Liderlərinin Sammitində iştirak edəcək ABŞ prezidenti Co Baydenin Meksikaya səfəri öncəsi baş verib.

Dekabr ayında ABŞ, ataları El Çapo həbs edildikdən sonra dəstəni idarə etməyə davam etdiyi güman edilən Ovidio və onun üç qardaşının həbsinə və ya onlara hökm oxunmasına səbəb olan məlumatlara görə 5 milyon dollar mükafat təklif etmişdi. 

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üzücü xəbər gəldi: Azərbaycanda məşhur professor vəfat etdi
Rusiyada zəlzələ oldu
Ukraynada yüksək vəzifəli şəxs həbs edilib

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı