Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80210
az

SON DƏQİQƏ! \"Sputnik\"in baş redaktoru həbs edilib

19:2905 Yanvar, 2023
469
  • A

Rus jurnalist casusluğa görə həbs edilib.

Oxu24.com "Sputnik"-ə  istnadən  xəbər verir ki, Latviya məhkəməsi “Sputnik Litva” qəzetinin baş redaktoru Marat Kasemi casusluq və Avropa İttifaqının sanksiyalarını pozmaq ittihamı ilə həbs edib.

“Kasemin vəkili onun zaminə buraxılmasında israr etdi, lakin məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verdi”, -  deyə nəşr yazır.

Jurnalistin artıq Riqadakı Mərkəzi Həbsxanaya aparıldığı bildirilir. Məhkəmənin qərarından apellyasiya şikayəti vermək üçün on gün vaxt var. Eyni zamanda Kasem-in vəkili İmma Jansoneyə iş materialları hələ verilməyib.

Jurnalisti 20 ilədək həbs cəzası gözləyə bilər: o, Aİ-nin anti-Rusiya sanksiyalarını pozmaqda və casusluqda ittiham olunur.

Kasem Latviya vətəndaşıdır və son illər Moskvada yaşayır və  “Rossiya Seqodnya” media qrupunda  işləyir. O, ötən ayın sonunda ailəvi səbəblərə görə Riqaya qayıdıb.

Qeyd edək ki, "Sputnik" Rusiyanın informasiya siyasətini  həyata keçirən media qurumlarından biridir.

Qeyd olunan  saytın Azərbaycanda "Sputnik Azərbaycan",Ermənistanda "Sputnik Armeniya" versiyaları  fəaliyyət göstərir. Saytın Azərbaycan versiyasının 3 redaktoru ötən il rəhbərliklə fikir ayrılığına görə istefa vermişdi.

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir
Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
Rusiya bu əraziləri ələ keçirdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı