Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79330
az

DSX və DİN-dən birgə əməliyyat: Saxlanılanlar var - FOTO

12:2424 Dekabr, 2022
165
SON DƏQİQƏ
  • A

Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 (beş) nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.

Bu barədə   Oxu24.com-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, onlar DSX və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Sərhəd Qoşunlarının "Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saxlanılıblar.

Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Rusiyada güclü partlayış baş verib
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
Rusiyada hava limanında yanğın başlayıb

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu