Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78911
az

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Ermənilər gecə saatlarında..

22:4715 Dekabr, 2022
499
SON DƏQİQƏ
  • A
Dekabrın 15-i saat 20:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Zəngəzur rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
 
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
 
 
Bundan başqa, dekabrın 15-i saat 20:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
 
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Ermənilər gecə saatlarında..
SON DƏQİQƏ! Ukraynanın Müdafiə Nazirliyi açıqlama yaydı
Azərbaycanda daha 2 Ordu Korpusu yaradıldı