Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76512
az

SON DƏQİQƏ! Gürcüstan DTX-sı İranı ifşa etdi

12:4915 Noyabr, 2022
140
SON DƏQİQƏ
  • A

Gürcüstanda İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısı alınıb.

Oxu24.com  Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Qətlin İran vətəndaşı tərəfindən sifariş edildiyi bildirilir.

Məlumata görə, sui-qəsd üçüncü ölkə vasitəsilə Gürcüstana gələn, “gizli rabitə vasitələri ilə təmin edilmiş” və obyektdə casusluq edən Pakistan vətəndaşı həyata keçirməli olub.

Bildirilir ki, silahların çatdırılması Gürcüstan, İran ikili vətəndaşlığı olan və Gürcüstan ərazisində daimi yaşayan bir qrup şəxs tərəfindən həyata keçirilib. Silahların ötürülməsi üçün gizli yerlərdən istifadə olunub. Silahların daşınmasını həyata keçirən qrup ilə muzdlu qatil arasında birbaşa təmas olmayıb. Koordinasiya ölkə xaricindən həyata keçirilib.

DTX bir neçə nəfərin saxlanıldığını, odlu silah, döyüş sursatı və məlumat daşıyıcılarının müsadirə edildiyini açıqlayıb. Digər təfərrüatlar barədə məlumat verilmir.

Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir mühüm qərar İMZALADI
Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Generalın məhkəməsində ŞOK İFADƏ: