Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76328
az

Rusiya Xersonla bağlı açıqlama yaydı

09:2712 Noyabr, 2022
457
SON DƏQİQƏ
  • A
Xerson şəhəri Ukrayna ordusunun nəzarətinə qayıdandan sonra Rusiya Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb. Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda vurğulanıb ki, Dnepr çayının sağ sahilində Rusiya ordusuna aid heç bir hərbi texnika və silah qalmayıb: “30 mindən çox rus əsgəri, 5 minə yaxın silah və hərbi texnika Xerson istiqamətindən Dnepr çayının sol sahilinə çıxarılıb”. Hazırda Dnepr çayının sağ sahilində cəmləşən Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrinin və texniki maşınlarının atəşə tutulduğu bildirilən bəyanatda aşağıdakı məlumatlar yer alıb: "Rusiyanın hava hücumundan müdafiə sistemləri və elektron döyüş sistemləri raket hücumu cəhdlərini dəf edib. ABŞ istehsalı olan “HIMARS” sisteminin 33 raketi ələ keçirilib. İki gün ərzində Ukrayna qoşunlarının irəliləməsi 10 kilometri keçməyib. Ukrayna bölmələri Dnepr çayına hücum etsələr də, keçid bölgəsindən 30-40 kilometr aralıda dayandırılıb". Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Xerson şəhərinin Ukrayna ordusunun nəzarətinə qayıtdığını və Ukrayna Silahlı Qüvvələrinin bölmələri şəhərə daxil olduğunu açıqlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu
Goranboydan dəhşətli xəbər gəldi: Yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər