Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75550
az

 SON DƏQİQƏ! Aydın Məmmədov vəfat edib

15:0501 Noyabr, 2022
1446
SON DƏQİQƏ
  • A

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Aydın Məmmədov vəfat edib.

Oxu24.com  Azxəbər.com-a istinadən xəbər verir ki, Aydın Yusif oğlu Məmmədov 15 may 1932-ci ildə ziyalı ailəsində dünyaya gəlib. 

Ali təhsilini bitirdikdən sonra 1957-ci ildə Sumqayıt şəhər Komsomol Komitəsinin birinci katibi, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin birinci katibi vəzifələrində işləyib. 

Daha sonra təhsilini Ali Partiya Məktəbində davam etdirib, İctimai Elmlər Akademiyasının aspirantı olub, iqtisadiyyat üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1964-cü ildən Azərbaycan SSRİ Maarif nazirinin müavini, Bakı şəhəri Oktyabr (Nəsimi-Yasamal) rayon Partiya Komitəsinin birinci katibi, 1971-1981-ci illər Bakı Şəhər İcra Hakimiyyətinin sədri, 1981-ci ildən Mingəçevir Şəhər Komitəsinin birinci katibi vəzifələrində çalışıb.

1983-cü ildə Azərbaycan SSRİ Əhaliyə Məişət xidməti naziri olub və 1988-ci ildən Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışıb. O, səkkizinci, doqquzuncu, onuncu, on birinci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilib. 

Aydın Məmmədov Bakı şəhərinə rəhbərlik etdiyi dövrdə, paytaxtda tikinti-quruculuq işləri, bir sıra yaşayış massivləri, metro stansiyalar, məktəblər, tibb ocaqları, mədəniyyət sarayları tikilərək istifadəyə verilib.

Onların içində Heydər Əliyev Sarayı, gözəlliyi ilə xalq sevgisini qazanmış Filarmoniya və Şəlalə parkları yer alır.

Rubl görün neçəyə oldu - MƏZƏNNƏ

Erkən boşalmanın səbəbi bu imiş - ANDROLQ MÜALİCƏSİN AÇIQLADI

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir
Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
Rusiya bu əraziləri ələ keçirdi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı