Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68330
az

SON DƏQİQƏ! Ukrayna Rusiya şəhərlərinə hücuma keçdi: VİDEO

20:2414 Aprel, 2022
3421
SON DƏQİQƏ
  • A

Ukraynaya məxsus iki döyüş helikopteri Rusiya Federasiyasının hava məkanına daxil olaraq Bryansk vilayətində yaşayış evlərinə azı altı zərbə endirib. 

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib.

Rusiya Federasiyasının İstintaq Komitəsi Bryansk vilayətində yaşayış məntəqəsinin atəşə tutulması faktı ilə bağlı cinayət işi açıldığını bəyan edib. 

“Onlar aşağı hündürlükdə hərəkət edərək, bilərəkdən Bryansk vilayətinin Klimovo qəsəbəsində yaşayış evlərinə azı 6 hava zərbəsi endiriblər”, - İstintaq Komitəsinin “Telegram” kanalında məlumat verilib. 

Qeyd olunub ki, mərmilərin birbaşa düşməsi və partlaması nəticəsində qəsəbənin Zareçnaya və Lenin küçələri boyunca ən azı altı yaşayış evinə ziyan dəyib, yeddi nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan biri azyaşlıdır.

Amerikalı alim müsəlmanın qəbrinə kamera qoydu - Səhəri gün görün nə oldu

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda zavod yanır
Şəmkirdən dəhşətli xəbər: Ölən var
Baş nazir mühüm qərar İMZALADI