Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67407
az

SON DƏQİQƏ! Bu ərazilər Azərbaycanın nəzarətinə keçdi - RƏSMƏN TƏSDİQLƏNDİ

16:2527 Mart, 2022
8753
SON DƏQİQƏ
  • A

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hazırda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Beləliklə, tarixi torpaqlarımızdan olan Fərrux kəndi də Azərbaycanın nəzarəti altına keçib”.

Oxu24.com xəbər verir ki, Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Eyni zamanda Ermənistan diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı və beləliklə, 10 noyabr 2020-ci il tarixində üçtərəfli Rusiya, Azərbaycan Prezidentləri və Ermənistan Baş nazirinin imzası ilə təsdiq olunmuş bəyanat imzalanıb. Bəyanata əsasən, ərazilərimizin bir hissəsində, tarixi torpaqlarımızda Rusiya sülhməramlı kontingenti yerləşdirildi”, - deputat xatırladıb.

Onun sözlərinə görə, Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi növbəti tarixi qələbədir:

“Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir və bundan sonra da bütün o torpaqlar Azərbaycanın nəzarəti altında olacaq. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin “Nəyi, nə vaxt, necə edəcəyi” sözləri indi öz yerini təsdiqləmiş olub. Uğurlu diplomatik-siyasi yollarla artıq Fərrux kəndi də Azərbaycanın tam nəzarəti altına keçmiş oldu”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananlara    BƏD XƏBƏR:Aliment məbləği ARTIRILIR
Milli Hidrometrologiya Xidməti xəbərdarlıq yaydı
Ağır qəza baş verib: yaralılar var

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu