" Rusiya qoşunlarının Ukraynadakı hücum istiqamətlərinin sayı azalıb".
Oxu24.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
“ Rusiya qoşunlarının Kiyev, Sumı, Çerniqov və Xarkova qarşı hücum əməliyyatları uğursuz olacaq. Doğrudur, qarşı tərəf geri çəkilmir.
Amma indi cəmi 3 hücum istiqaməti var. Əvvəllər isə bu rəqəm 6 idi. Görünür, Rusiya ordusunun qüvvələri tükənir.
15 minə yaxın şəxsi heyət tamamilə məhv edilib.
Hazırda Kiyevə hücum yoxdur. Çünki ruslar bu imkandan məhrumdurlar. Bizim xüsusi təyinatlılarımız da, partizanlarımız da, yerli sakinlərimiz də mübarizə aparırlar”, - o deyib.
TƏCİLİ XƏBƏR! Əməkdar artist öldürüldü
Oxu24.com
ŞƏRHLƏR