Ukraynada müharibə başlayandan bu yana ölkə ərazisində fəaliyyət göstərən düşmənin 31 taktik tabur dəstəsi döyüş qabiliyyətini itirib.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının bu gün səhər açıqlamasında deyilir.
“Düşmənin Polesye, Siversk, Cənubi Buq istiqamətlərində canlı qüvvə və texnika sarıdan xeyli itki verərək qarşısı alınıb, indi də əvvəl tutduğu mövqelərdə dayaq qazanmağa çalışır.
Donetsk istiqamətində irəliləməyə çalışan düşmən Ukrayna müdafiəçiləri tərəfindən layiqincə müqavimətlə qarşılaşaraq bəzi yerlərdə geri oturdulub, qalan ərazilərdə isə irəliləmə sürəti xeyli azalıb.
Döyüş əməliyyatları nəticəsində Ukrayna Silahlı Qüvvələri ilə birbaşa atəş təmasında olan Rusiya Silahlı Qüvvələrinin bölmələri ruhdan düşüb, şəxsi heyətin mənəvi vəziyyəti davamlı olaraq zəifləyir, onlar arasında qrup şəklində təslimolma halları qeydə alınır.
Son 3 gün ərzində qarşı tərəfdən kiçik fərari dəstələrinin dövlət sərhədinə sarı hərəkət etməsi müşahidə olunur”, - açıqlamada bildirilir.
SON DƏQİQƏ: Zelenski ŞAD XƏBƏRİ ELAN ETDİ - Ukrayna Rusiyaya qalib gəlir
Oxu24.com
ŞƏRHLƏR