Əlyazmalar İnstitutunun baş rəssamı, Əməkdar rəssam Fəxrəddin Əli vəfat edib.
Oxu24.com-"un xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.
Rəssam dünən 84 yaşında dünyasını dəyişib.
F.Əli miniatür sənətinin peşəkar davamçısı olub.
Qeyd edək ki, F.Əli 1938-ci il may ayının 10-da Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində anadan olub.
O, 1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri Azərbaycanda və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b. sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına çəkdiyi miniatürlər, "Şəhidlər" xalçası, şəxsi portretlər, Türkiyə mövzusunda əsər və bir neçə kitabın müəllifidir.
Torpağı Qazırdı Təsadüfən Tapdı - Dünya bu hadisədən danışır
Oxu24.com
ŞƏRHLƏR