Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64852
az

Ermənilər bu istiqamətdə HÜCUMA KEÇDİ, 2 SAAT BOYUNCA... - NƏTİCƏDƏ...

13:5806 Fevral, 2022
433
SON DƏQİQƏ
  • A

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Oxu24.com-a bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.

Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur.

Mövqələrimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.

Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib.

Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir mühüm qərar İMZALADI
Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu