Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60027
az

ÜZÜCÜ XƏBƏR! Nizami Məmmədov qəfil vəfat etdi

23:3524 Oktyabr, 2021
3230
SON DƏQİQƏ
  • A

TƏCİLİ!  Azərbaycanda icra başçısı maşınla adam vurub,ərazidən qaçdı

 

Tanınmış folklorşünas alim, şair-publisist, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu (Məmmədov) vəfat edib.

AMEA Folklor İnstitutundan Oxu24.com-a verilən məlumata görə, o, 66 yaşında dünyasını dəyişib.

Nizami Murad oğlu Məmmədov 1955-ci il aprel ayının 2-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində anadan olub. 1972-1976-cı illərdə akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.

1976-cı ilin oktyabr ayından 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olub.

1978-1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında, 1987-1994-cü illərdə təhsil sahəsində çalışıb.

1994-cü ilin may ayından 1996-cı ilin noyabrınadək Ordubad rayon icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək icra başçısı vəzifəsində işləyib.

N.Muradoğlu (Məmmədov) 2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutuna elmi işçi vəzifəsinə qəbul edilib. 2013-cü ildə “Məmməd Araz yaradıcılığında folklor motivləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

2016-cı ildə folklorşünaslıq ixtisası üzrə dosent elmi adını alıb.

2019-cu ildə “Müstəqillik dövrü Azərbaycan şeiri və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi kimi fəaliyyət göstərən Nizami Muradoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. O, 20 kitab, 100-dən artıq elmi məqalə müəllifi olub.

N.Muradoğlu “Qızıl qələm”, “Vətən-media”, “Həsən bəy Zərdabi” mükafatları laureatı idi.

Allah rəhmət eləsin!

İnfarkt və insultun birinci əlamətləri – Ayaqlara diqqət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Bu ölkədə baş nazir güllələnib
Rusiyanın bu şəhərində atışma baş verib - VİDEO
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi