Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41830
az

SON DƏQİQƏ! Rusiya KTMT-İN İCLASIN ÇAĞIRDI

13:3517 Noyabr, 2020
1066
SON DƏQİQƏ
  • A

Noyabrın 17-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ) üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının saytında məlumat verilib.

Video-konfrans vasitəsi ilə keçiriləcək iclasda KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə qarşı problemlər və təhdidlər müzakirə ediləcək.

İclas zamanı narkotik ticarətinə qarşı mübarizə, hərbi və hərbi-texniki əməkdaşlıq, beynəlxalq terrorizmlə mübarizə səylərinin koordinasiyası, həmçinin terrorçu və əlaqəli ekstremist ideologiyanın yayılmasına qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetiriləcək.

Məlumata görə, iclasa Rusiya rəhbərlik edəcək. Rusiyanı isə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təmsil edəcək.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın bu şəhərində atışma baş verib - VİDEO
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda vəzifəli şəxs hoteldə sevgilisini pəncərədən atdı