Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38866
az

SON DƏQİQƏ! Müdafiə Nazirliyi Nəciməddin Sadıqovun qohumu olduğu iddia edilən qadınla bağlı AÇIQLAMA YAYDI

11:1613 Sentyabr, 2020
1241
  • A

Xaricdə yaşayan bloger Həbib Müntəzir "Facebook" səhifəsində smartfon tipli telefondan istifadə edərək hərbi geyimdə fotosunu çəkən qadın haqda məlumat paylaşıb. İddia edib ki, həmin şəxs Müdafiə Nazirliyinin məxfi şöbəsinin giziri Məryəm Cərullayevadır. Onun sözlərinə görə, həyat yoldaşı Rusiya vətəndaşı olan qadın Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bibisi nəvəsidir.

Oxu24.com  bildirir ki, sözügedən iddialarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xidmətin rəhbəri Vaqif Dərgahlı bildirib:

"Belə bir rütbədə, soyadda və adda şəxs Azərbaycan Ordusunda xidmət etmir, nə də ehtiyatda yoxdur".

Qeyd edək ki, bir neçə gün əvvəl şəxsi smartfon telefondan istifadə edib ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndərən, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradan hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Ermənilər gecə saatlarında..
SON DƏQİQƏ! Ukraynanın Müdafiə Nazirliyi açıqlama yaydı
Azərbaycanda daha 2 Ordu Korpusu yaradıldı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü