Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35723
az

DTX Rauf Xələfovla bağlı məsələyə aydınlıq gətirdi

18:5617 İyul, 2020
499
SON DƏQİQƏ
  • A

İnternet resurslarında cari il iyulun 14-də gecə saatlarında bir qrup şəxsin təxribat məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasına daxil olmasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Rauf Xələfovla əlaqələndirilməsi kimi absurd, heç bir əsası və məntiqi olmayan fikirlər səsləndirilməkdədir.

Bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidmətinin adı çəkilən əməkdaşının digər hüquq mühafizə orqanlarının işçiləri ilə həmin vaxt xüsusi mühafizə obyekti olan Milli Məclisdə olması xidməti vəzifələrin icrasından irəli gəlmişdir.

Ayrı-ayrı sosial şəbəkə və media resurslarında bilərəkdən qərəzli məqsədlər üçün belə məlumatları yayanlar, heç şübhəsiz düşmən və antiazərbaycan qüvvələr tərəfindən idarə olunduqlarını və onların sifarişlərini yerinə yetirdiklərini aydın şəkildə bir daha sübut edirlər.

 
Milli Məclisin binasında avadanlıq və inventarların sıradan çıxarılmasında və digər pozucu hərəkətlərdə iştirak etmiş şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar.

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı heç bir təxribata uymamağa və dövlətçilik mövqeyindən çıxış etməyə çağırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya bu əraziləri ələ keçirdi
Sumqayıtdan dəhşətli xəbər gəldi: Ölən var
Vəhşi arılar israilli hərbçilərə hücum edib, 10 nəfər yaralanıb

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı