Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33980
az

DTX təcili MƏLUMAT YAYDI: Polkovnik Ofeliya Mahmudova...

15:1527 İyun, 2020
4072
SON DƏQİQƏ
  • A

“Son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “haqqin.az”, “virtualaz.org”, “hit.az” və digər internet informasiya saytlarında “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı. “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.

Bununla əlaqədar bildiririk ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb”.

Oxu24.com -un  xəbərinə görə, bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytında yerləşdirilib.

“Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır”,  - deyə məlumatda bildirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın bu şəhərində atışma baş verib - VİDEO
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verildi