Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33550
az

Sərt karantin rejimində Bakı metrosu bu qaydalarla işləyir

13:0221 İyun, 2020
558
SON DƏQİQƏ
  • A

İyunun 21-i saat 00:00-dan etibarən iyulun 5-dək davam edəcək sərt karantin rejimində "Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

oxu24.com xəbər verir ki, bunu "Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, gün ərzində sərnişin sıxlığı ilə bağlı məlumatlar monitorinq edilərək müvafiq qərarlar veriləcək:

"Əvvəlki günlərdə də olduğu kimi sərt karantin günlərində də Bakı metrosu səhər saat 06:00-dan gecə yarısı saat 00:00-a kimi sərnişinlərin ixtiyarında olacaq. Fəaliyyətimizi Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına, həmçinin tələb və tövsiyələrinə uyğun qurmuşuq.

Qoruyucu maskadan istifadə etməyən sərnişinlər birmənalı olaraq stansiyalara buraxılmayacaq. Biz həmçinin sərnişinlərimizə tövsiyə edirik ki, stansiyalarda və vaqonlarda olarkən sosial məsafəni qorusunlar, fərdi gigiyena qaydalarına riayət etsinlər”.

Metropoliten sözçüsü sərt karantin rejimi dövründ icazəsi olmayan sərnişinlərin metroya buraxılmaması ilə bağlı qərarın da polis tərəfindən veriləcəyini qeyd edib.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 19 iyun 2020-ci il tarixli 207 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 1 avqust 2020-ci il saat 00:00-dək uzadılmasını qərara alıb.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən, bu ərazilərdə 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-a qədər bir sıra məhdudiyyətlər tətbiq olunur. Lakin həmin Qərarın əlavəsinin 3.4. bəndinə əsasən, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin fəaliyyətinə icazə verilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Rusiyada güclü partlayış baş verib
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
Rusiyada hava limanında yanğın başlayıb

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü