Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26931
az

SON DƏQİQƏ! Azərbaycan “Formula-1” dən imtina edir

11:0122 Mart, 2020
505
SON DƏQİQƏ
  • A

“Formula-1” rəhbərliyinin, Beynəlxalq Avtomobil Federasiyasının (FİA), yarış təşkilatçılarının və sponsorların iştirakı ilə keçirilən telekonfrans zamanı Azərbaycan tərəfi bildirib ki, iyunun 7-nə planlaşdırılmış Azərbaycan Gran-prisini keçirməkdən imtina etməyi üstün tutur. 


Oxu24.com  xəbər verir ki, bu haqda “Motorsport” portalı bildirir.


Mart, aprrel və may aylarına nəzərdə tutulan bütün yarışların təxirə salındığı bir vaxtda mövsümün ilk yarışlarının Bakıdan başlayacağı təxmin edilirdi. Lakin Azərbaycan Qran-prisinin promouterləri koronavirus pandemiyası ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. Bu, “Formula-1” təşkilatçıları üçün daha bir zərbədir və ciddi maliyyə itkisidir, çünki Bakı yarışların keçirilməsinə görə ən yuxarı qiyməti ödəyirdi. “Formula-1” artıq yarışların təxirə salınmasına görə 200 milyon dollar itirib.


Azərbaycan iyun yarışlarının keçirilməsi niyyətindən imtinası bununla əsaslandırıb ki, şəhər trasının hazırlanması üçün işlər aprel ayında başlamalıdır. Bu proses böyük xərclər tələb edir və yarışların daha sonraya təxirə salınacağı halda həmin xərclər boşa getmiş olardı. Nümunə kimi başqa şəhər trası göstərilir: Monako Qran-prisi mayın 24-də başlamalı idi, amma təxirə salındı və artıq məlumdur ki, bu il ərzində keçirilməyəcək.


Habelə Kanada Qran-prisi də sual altındadır, bu yarışlar Bakıdan bir həftə sonra başlamalı idi.


Xatırladaq ki, bundan əvvəl “Formula-1” yarışlarının Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya mərhələləri təxirə salınıb. Üstəlik Melburn və Şanxay yarışlarının Monakoda olduğu kimi bu il ümumiyyətlə keçirilməyəcəyi bildirilib. 


Azərbaycan Qran-prisindən sonra yarışlar iyunun 28-də Fransada, iyulun 5-də Avstriyada, iyulun 19-da Böyük Britanyada, iyulun 26-da İspaniyada, avqustun 2-də Macarıstanda, avqustun 23-də Hollandiyada, 30-da Belçikada, sentyabrın 6-da İtaliyada, 20-də Sinqapurda, ABŞ-da sentyabrın 2-də, Meksikada noyabrın 1-də, Braziliyada isə noyabrın 15-də keçirilməliydi.


İndi bu baxımdan sual yaranır: Azərbaycan yarışı başqa vaxtda keçirməyi istəyirmi? Və əgər belə olsa “Formula-1” təqvimində Azərbaycan Qran-prisi üçün yer tapılacaqmı? (Virtualaz.org)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Rusiyada güclü partlayış baş verib
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
Rusiyada hava limanında yanğın başlayıb

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü