Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105347
az

SON DƏQİQƏ! FHN əhaliyə bu tarixlə bağlı  xəbərdarlıq etdi

16:4803 Aprel, 2024
366
SON DƏQİQƏ
  • A

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

 

Bu barədə  Oxu24.com-a  FHN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-ü gün ərzində hava şəraitinin dəyişərək, güclü külək əsəcəyi və yağıntılı olacağı proqnozlaşdırılır.

 

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

 

"Güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - məlumatda qeyd olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdən dəhşətli xəbər: Ölən var
Baş nazir mühüm qərar İMZALADI
Mingəçevirdə nə baş verib? -Yaralılar var