Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda güclü yanğın olub

SON DƏQİQƏ

318

26.02.2024, 10:21

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə  Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Binanın 5-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxində 5 p.m mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan eyvanda 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.