Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102997
az

Kürdəmirdə ağır qəza: Yaralılar var - FOTOLAR

18:1918 Fevral, 2024
319
SON DƏQİQƏ
  • A

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var.

 

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "VAZ 2103" markalı minik avtomobilinin sürücüsü, Şamaxı rayon sakini Şirinov Arif Hacısoltan oğlu Ağsu istiqamətində hərəkətdə olarkən rayonun Cəyli kəndindən magistral yola çıxmaq istəyən kənd sakini Abdullayev Nəriman Sərdar oğlunun idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb.

Qəza zamanı hər iki sürücü - Arif Şirinov və Nəriman Abdullayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir mühüm qərar İMZALADI
Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu