Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100763
az

Yaponiyada güclü zəlzələ oldu

13:4209 Yanvar, 2024
305
SON DƏQİQƏ
  • A

Yanvarın 9-da Yaponiyanın Niiqata prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Yaponiyanın Baş Meteorologiya İdarəsinin seysmoloqları məlumat verib.

 

Departamentin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17:59-da (Sado adası ərazisində qeydə alınıb.

 

Zəlzələnin mənbəyi suyun 10 km dərinliyində olub.

 

O, yanvarın 1-də baş verən güclü zəlzələdən xüsusilə zərər çəkmiş İşikava prefekturasının Noto yarımadasının yaxınlığında yerləşir.

 

Buna baxmayaraq, ekspertlər sunami təhlükəsinin olmadığını əmin ediblər.

 

Hadisə nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat verilməsə də, bəzi ərazilərdə sürətli qatarların hərəkəti dayandırılıb.

Yanvarın 1-də Yaponiyanın mərkəzi hissəsində 7,5 bal gücündə zəlzələ baş verib, yeraltı təkanlar o qədər güclü olub ki, ölkə sunami təhlükəsi elan edib və analoji xəbərdarlıq Rusiyanın şərqində də edilib.

Yaponiyada minlərlə sahil sakini nəticədə evlərini tərk etmək məcburiyyətində qalıb. Çoxlu binalara və yollara ziyan dəyib.

 

Müəllif: Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir mühüm qərar İMZALADI
Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu