Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99429
az

Prezident Fərman imzaladı: Bu şəxslərə aylıq pul veriləcək

14:2714 Dekabr, 2023
637
SİYASƏT
  • A

2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı imzaladığı Fərmanda qeyd olunub.

 

Həmçinin, 2024–2025-ci tədris ilindən başlayaraq bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilir:

- ali təhsil müəssisəsi üzrə:

- 150 (yüz əlli) manat məbləğində təqaüd;

- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım;

- 200 (iki yüz) manat məbləğində hesabda yığılan ödəniş;

- hərbi kolleclər üzrə:

- 100 (yüz) manat məbləğində təqaüd;

-. 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım;

- 150 (yüz əlli) manat məbləğində hesabda yığılan ödəniş;

- hərbi liseylər üzrə:

- 50 (əlli) manat məbləğində təqaüd;

- 100 (yüz) manat məbləğində ailə üzvlərinə maddi yardım;

- 100 (yüz) manat məbləğində hesabda yığılan ödəniş.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhun Bayramov Qətərə getdi
Konsulun vəzifələri artırıldı
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul etdi

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər