Ölkə Prezidenti İlham Əliyevin bir sıra nazirləri işdən azad etməsi böyük müzakirələrə səbəb olub.Gənc kadrların irəli çəkilməsi böyük addım kimi qiymətləndirilib.
Oxu24.com xəbər verir ki, sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də yeni təyin olunan nazirlərdən bir neçəsinin hərbi xidmət keçməməsi ilə bağlıdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin, Kənd Təsərrüfatı naziri İnam Kərimovun və Vergilər naziri Mikayıl Cabbarovun hərbi xidmət keçməməsi iddia olunub. Oxu24.com
ŞƏRHLƏR