Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
968
az

"Axı bir adama neçə heykəl qoyulmalıdır?" - Deputatdan Rəsulzadəyə kinayə

10:5923 Aprel, 2018
1505
SİYASƏT
  • A
  
"AXC-Müsavat hakimiyyətdə olduğu bir il ərzində nə üçün Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymayıb? Çünki həmin vaxtı xalqı qarət etməklə məşğul idilər. Məgər Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymağa vaxtları çatmadı? Görünür ki, onlar özlərini Azərbaycan Xalq Cümhuriyyətinin xələfi kimi göstərmək istəyirlər".  
 
Oxu24.com  xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə bildirib.
Araz Əlizadə AXCP-Müsavat funksionerlərini Azərbaycan Xalq Cümhuriyyətinin "naxələfi" adlandırıb:
"Çünki Xalq Cümhuriyyətinə rəhbərlik edən insanların ürəkləri xalqına məhəbbət və sevgi ilə döyünürdü. Bunların ürəkləri isə oğurluq və rüşvətxorluqla döyünür. Əlimərdan bəy Topçubaşov Azərbaycanı tanıtmaq üçün Avropada beynəlxalq konfransa gedəndə yolpulu tapa bilmirdilər. Zorla oradan-buradan borc pul tapıb gedirdilər. Ancaq bunların övladları London barlarında ofsiantlara pullar paylayır. Odur ki, mən onlardan xahiş edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ruhunu incitməsinlər".

Deputat söyləyib ki, radikal müxalifət özlərini gündəmdə saxlamaq üçün Məhəmməd Əmin Rəsulzadə adı üzərində alver edir:

"Kim Məhəmməd Əmin Rəsulzadənin abidəsini görmək istəyirsə, getsin onun doğulduğu Novxanıya. Novxanı da Bakının ərazisidir. Məni bağışlayın, axı bir adama neçə heykəl qoyulmalıdır? Vaxtilə Vladimir Leninə də nə qədər abidə, heykəl qoyulmuşdu, amma sonra hamısı götürüldü.
Müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevdir, vəssalam!  AXC-Müsavat fəalları istəyir ki, Məhəmməd Əmin Rəsulzadəyə hər yerdə abidə qoyulsun, bunlar da hər yerdə car çəksin ki, müasir Azərbaycanın yaradıcısı Məhəmməd Əmin Rəsulzadə və ya digər şəxslərdir. Birdə gördün ki, sabah gəlib İsa Qəmbərə, Əli Kərimliyə də abidə qoyulmasını dedilər. Mənim atam müasir şərqşünaslıq elminin banilərindən biridir. Ancaq atamın cəmi bir abidəsi var, o da qəbiristanlıqdadır. Bir də atamın abidəsi onun yaratdığı elmi əsərləri və yetişdirdiyi tələbələridir".
Araz Əlizadə ümumiyyətlə, heykəl qoyulmasının bütpərəstlikdən gələn məsələ olduğunu söyləyib:
"Heykəli qoyub sonra yığışdırmağın nə mənası var? Vaxtilə heykəlləri yığışdıranlar məhz Rəsulzadənin tərəfdarları olub.  Bilirsiniz, heykəl sənət əsəridir. Sənət əsəri kimi də Məhəmməd Əmin Rəsulzadəyə Novxanıda çox gözəl heykəl qoyulub.
Nə üçün radikal müxalifət Fətəli xan Xoyskiyə, Əlimərdan bəy Topçubaşova deyil, məhz Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulmasını istəyir? Məgər Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun Azərbaycana xidmətləri Məhəmməd Əmin Rəsulzadədən az olub? Radikal müxalifət ona görə sırf Məhəmməd Əmin Rəsulzadənin adını irəli çəkir ki, Rəsulzadə Müsavat partiyasının lideri olub. Bütün bunlar da bir daha onu göstərir ki, Müsavat boş-boş söhbətlərin başında dayanır.  
Mən demirəm ki, Məhəmməd Əmin Rəsulzadənin xidmətləri olmayıb. Sadəcə olaraq Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun xidmətləri daha çox olub".

Deputat bu açıqlamasından sonra sosial şəbəkələrdə təhqir olunacağını da bildirib:

"Əminəm ki, bu fikirlərimdən sonra onlar məni sosial şəbəkələrdə söyəcəklər. Eybi yox, nə qədər istəsələr, məni söyə bilərlər. Mən prezident seçkiləri kampaniyası zamanı da demişəm ki, onların sosial şəbəkələrdə məni söyməsindən ləzzət alıram. Çünki erməni millətçiləri də məni söyür. Onları erməni millətçiləri ilə müqayisə edəndə görürəm ki, heç bir fərqləri yoxdur. Onlar da erməni millətçiləri kimi eyni söyüşü söyürlər. Təsəvvür edin ki, erməni millətçiləri ilə Azərbaycandakı radikal millətçilər arasında heç bir fərq yoxdur". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
Bayramov özbəkistanlı həmkarı ilə vacib məsələləri müzakirə etdi
İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi