Qaynar xətt:

(+99450) 247 90 86

Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq

Tevanyan: Seçkidə qalib gəlsək, Paşinyanı hökumət binasından qovacağıq

SİYASƏT

424

15.09.2023, 11:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı Hökumət binasından qovmağa söz verirəm.

OXU24.COM  bildirir ki, bunu Ermənistanın "Ana Ermənistan" blokundan İrəvan merliyinə namizəd Andranik Tevanyan bildirib.

"Biz hakimiyyət üçün siyasi dəfn mərasimi keçirəcəyik",-deyə Tevanyan tərəfdarlarına səslənib.

"Bu, müharibə ilə sülh, qələbə ilə məğlubiyyət arasında seçimdir. Əgər indiki hakimiyyət qalsa, o zaman müharibə və məğlubiyyət qaçılmazdır. Paşinyan qalsa, Ermənistan bir neçə gün ərzində subyektivliyini və dövlətçiliyini itirəcək. O, vətən xainidir. Vətən xaini Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyandır"- deyə erməni siyasətçi qeyd edib.