Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29 Sentyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
716
25.07.2023, 14:47
Ermənistan hökuməti misli görünməmiş iqtisadi göstəricilərə işarə edir, lakin bu rəqəmlərin ölkəmizə aidiyyəti yoxdur.
OXU24.COM axar.az-a istinadən bildirir ki, bunu erməni iqtisadçı ekspert Suren Parsyan deyib.
"Rusiya-Ukrayna münaqişəsi fonunda Moskvaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq olundu ki, bu da Ermənistana müsbət təsir etdi. Bizim Rusiyaya misli görünməmiş həcmdə ixracımız var. İxracın əhəmiyyətli hissəsi təkrar ixrac hesabına təmin edilir. Bir sıra mallar Ermənistana gəlir və sonra Rusiyaya ixrac olunur, məsələn, avtomobillər, avadanlıqlar. Çox vaxt bizim hökumətin nümayəndələri misilsiz iqtisadi artımı, iqtisadi göstəriciləri qeyd edirlər, lakin bu rəqəmlər Ermənistana aid deyil, Avropa malları Ermənistana gəlir, sonra da Rusiyaya gedir. Ona görə də alınan pul Ermənistana aid deyil", - o bildirib.
İqtisadçının sözlərinə görə, 2022-ci ildə Ermənistana 5,2 milyard dollar vəsait daxil olub ki, bunun da təxminən 3,6 milyard dollarını Rusiya vətəndaşları verib:
"Bu ilin 5 ayı ərzində Ermənistana dünyanın hər yerindən 2,5 milyard dollar daxil olub. Bu məbləğin təxminən 1,8 milyardı Rusiya vətəndaşları tərəfindən təmin edilib. Elə olur ki, adamın işi olmayanda xaricdən qohumu pul göndərir, o da xərcləməyə başlayır: yaxşı yaşayır, yaxşı geyinir, yeyib-içir. Amma qohum pulu göndərməyi dayandıranda bu adam müflis olacaq. İndi Ermənistan iqtisadiyyatı bu adam kimidir, onun iqtisadi potensialı, imkanları, zavodları, böyük investisiya proqramları yoxdur".
14:21 / 29 Sentyabr 2026
42
14:15 / 29 Sentyabr 2026
42
14:08 / 29 Sentyabr 2026
46
14:00 / 29 Sentyabr 2026
47
13:58 / 29 Sentyabr 2026
47
13:45 / 29 Sentyabr 2026
134
13:40 / 29 Sentyabr 2026
54
13:36 / 29 Sentyabr 2026
46
13:25 / 29 Sentyabr 2026
200
13:24 / 29 Sentyabr 2026
127
13:22 / 29 Sentyabr 2026
96
13:18 / 29 Sentyabr 2026
59
13:10 / 29 Sentyabr 2026
49
13:04 / 29 Sentyabr 2026
201
12:52 / 29 Sentyabr 2026
77
12:48 / 29 Sentyabr 2026
119
12:42 / 29 Sentyabr 2026
73
12:35 / 29 Sentyabr 2026
57
12:29 / 29 Sentyabr 2026
62
12:23 / 29 Sentyabr 2026
56
12:17 / 29 Sentyabr 2026
154
12:14 / 29 Sentyabr 2026
473
12:10 / 29 Sentyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.