Bu tədbir 2027-ci ildə Azərbaycanda baş tutacaq - Deputat DETALLARI AÇIQLADI
29 Sentyabr 2026, 20:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
563
07.07.2023, 20:12
Rusiya elitaları və müşahidəçiləri hesab edirlər ki, üsyandan sonra Yevgeni Priqojinin Rusiyada qalmasına və Belarusa getməyə tələsməməsinə səssiz icazə verilməsi (o, ictimaiyyətə açıqlanmış razılaşmaya əsasən Belarusa getməli idi) Kremlin zəifliyini göstərir.
OXU24.COM xəbər verir ki, bu barədə "Financial Times” yazır.
Priqojinin Rusiya ərazisində hərəkətini davam etdirə biləcəyini keçmiş yüksək vəzifəli məmur Kremlin "tam impotentliyi” kimi qiymətləndirib. "Putin bizim banansız banan respublikasına çevrildiyimizi hiss etmir”, - o deyib.
FT-nin həmsöhbəti bildirib ki, Priqojinin üsyanı bir çox rus elitaları arasında Putinə inamı sarsıdıb, lakin çox az adam prezidentə qarşı çıxmağa hazırdır.
Putinin keçmiş spiçrayteri (çıxışların mətnini hazırlayan – red.) Abbas Qallamov etiraf edib ki, hökumət Priqojina istiqamətində kəskin addımlar atmır, çünki Kreml üsyanla üzə çıxan mövcud siyasi sistemin zəif tərəflərini dərk edib. Qallamov ehtimal edir ki, indi "Vaqner”ə qarşı istənilən sərt addım onu qisas almağa təhrik edə və ya digər oyunçuları hərəkətə keçməyə sövq edə bilər. "Sistem indi o qədər zəifdir ki, hər şey ölümcül ola bilər", - politoloq deyir.
Politoloq Tatyana Stanovaya hesab edir ki, Kreml "bir siyasətçi kimi Priqojini öldürmək” qərarına gəlib. "Ancaq onlar hələ də bir iş adamı kimi onunla nə edəcəklərinə qərar verirlər", - o qeyd edir.
Priqojinlə 1990-cı illərdən tanış olan qəzetin həmsöhbəti ehtimal edir ki, bizneslə məşğul olmaq üçün Rusiya ərazisində hərəkət etmək imkanı razılaşmanın bir hissəsi ola bilərdi, bundan sonra "Vaqner” özəl hərbi şirkətinin yaradıcısı üsyanı dayandırdı. "Bu o demək deyil ki, o, sadəcə ora-bura qaçır. Bu, daha çox onun imperiyasının parçalanmasına bənzəyir və onlar Priqojinin getməsinə hazırlaşırlar... Vəziyyət sakitləşəndə, düşünürəm ki, o, çətinliyə düşəcək, amma bir həftədən sonra olacaqları kim düşünür ki?” – deyə nəşrin mənbəsi bildirib.
FT həmçinin bir gün əvvəl Putinin Priqojinə münasibətini yumşalda biləcəyini deyən Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə diqqət çəkir.
Sanksiyaya məruz qalan rusiyalı milyarder FT-yə bildirib ki, Vladimir Putin Priqojin kimi insanlarla şəxsi münasibətlərə arxalanmağa davam edəcək və elitanı dəyişdirməyəcək. "Putin yazılmamış özəl razılaşmalardır. Rus çarı üçün isə o, müəyyən dərəcədə humanistdir. O, Qandi deyil, Stalinlə müqayisədə isə insanlarla kifayət qədər yaxşı rəftar edir”, - mənbə bildirib.
20:14 / 29 Sentyabr 2026
23
20:09 / 29 Sentyabr 2026
36
19:52 / 29 Sentyabr 2026
45
19:49 / 29 Sentyabr 2026
47
19:37 / 29 Sentyabr 2026
95
19:35 / 29 Sentyabr 2026
45
19:27 / 29 Sentyabr 2026
56
19:22 / 29 Sentyabr 2026
49
19:10 / 29 Sentyabr 2026
60
19:06 / 29 Sentyabr 2026
61
18:59 / 29 Sentyabr 2026
51
18:58 / 29 Sentyabr 2026
53
18:51 / 29 Sentyabr 2026
47
18:39 / 29 Sentyabr 2026
61
18:36 / 29 Sentyabr 2026
56
18:24 / 29 Sentyabr 2026
69
18:17 / 29 Sentyabr 2026
58
18:10 / 29 Sentyabr 2026
60
18:06 / 29 Sentyabr 2026
58
18:00 / 29 Sentyabr 2026
55
17:41 / 29 Sentyabr 2026
66
17:30 / 29 Sentyabr 2026
69
17:20 / 29 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.