Qaynar xətt:

(+99450) 247 90 86

Kadırovdan Priqojinlə bağlı SƏRT AÇIQLAMA: “Lazım gələrsə..”

Kadırovdan Priqojinlə bağlı SƏRT AÇIQLAMA: “Lazım gələrsə..”

SİYASƏT

433

24.06.2023, 12:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Biz Priqojinin qiyamını yatırmağa hazırıq".

OXU24.COM  bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. O, bu barədə fikirlərini teleqram kanalında yazıb:

"Üsyanı yatırmaq lazımdır və bu, sərt tədbirlər tələb edirsə, biz hazırıq!".

Kadırov açıqlamasında həmçinin, Priqojinin davranışını "arxadan vurulan bıçaq zərbəsi" adlandırıb və rus əsgərlərini heç bir "təxribat"a boyun əyməməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl "Vaqner"in rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinin düşərgəsini vurmaqda ittiham etmişdi. Rusiya prezidenti Vladimir Putin isə xalqa müraciətində Priqojini vətənə xəyanətdə günahlandırmışdı.