Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90252
az

Daha bir güneyli fəal sürgünə göndərildi - FOTO

13:4805 İyun, 2023
305
  • A
İranda Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığına görə həbs və sürgün cəzasına məhkum edilən azərbaycanlı fəal Behnam Şeyxi Xuzistan əyalətinə sürgünə göndərilib. Oxu24.com xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib. Bildirilir ki, həbs dövrü bitdikdən sonra ikiillik sürgün cəzasını çəkmək üçün Məscid-Süleyman şəhərinə göndərilib. Qeyd edək ki, 2020-ci ilin yanvarında Tehran Apellyasiya Məhkəməsi Behnam Şeyxi və daha üç azərbaycanlı mədəni fəalı 2013-cü ildə Baharıstanda keçirilən Ümumdünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün ümumilikdə 8 il həbs və 8 il sürgün cəzasına məhkum ediliblər. Behnam Şeyxi, həbs cəzasını çəkmək üçün İran təhlükəsizlik qüvvələri tərəfindən 22 iyul 2020-ci il tarixdə həbs edilib. O, həbsdə olduğu müddətdə iki dəfə aclıq aksiyası keçirib. Xatırladaq ki, bir neçə gün öncə güneyli fəal Əkbər Azad da sürgünə göndərilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Siyasətimiz beynəlxalq arenada dəstəklənir"- Dövlət başçısı
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi- Fərman
Bakıdan Moskvaya ultimatum -VİDEO

Bu gölə toxunan hər şey daşa dönür - Təkcə bu canlıdan başqa

18+

Deputat turisti zorladı
Həyat yoldaşı ölən kişidən ürəkdağlayan sözlər:"Balam yetim qaldı" +VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Cəfəri suyu nəyə faydalıdır? - Min bir dərdin dərmanı...
Bakıda aptekdən 5 min manatlıq oğurluq edilib