Qaynar xətt:

(+99450) 247 90 86

Mikayıl Cabbarov Qaribaşvili ilə görüşüb

Mikayıl Cabbarov Qaribaşvili ilə görüşüb

SİYASƏT

422

02.06.2023, 21:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Baş nazir iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini, tərəfdaşlığın inkişafı istiqamətlərini qeyd edib. Görüşdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri, SOCAR-ın Gürcüstandakı fəaliyyəti, həyata keçirilmiş layihələr, habelə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan–Azərbaycan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.