Qaynar xətt:

(+99450) 247 90 86

Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

SİYASƏT

474

02.06.2023, 12:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycanın Baş naziri Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.
Bu barədə Oxu24.com-a Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin önəmi qeyd edilib. İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər müzakirə olunub. Görüşdə həmçinin Azərbaycanın paytaxtında keçirilən Bakı Enerji Həftəsinin əhəmiyyəti vurğulanıb.