Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89929
az

Kəlbəcər rayonunun Zallar kəndinin təməli qoyulub

15:5227 May, 2023
447
SİYASƏT
  • A
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib. Oxu24.com xəbər verir ki, dövlət başçısına kəndin layihəsi barədə məlumat verilib. Qeyd olunub ki, Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək. Məlumat verilib ki, Zallar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək. Sonra Azərbaycan Prezidenti kəndin inkişaf planı barədə videoçarxa baxıb. Daha sonra Prezident İlham Əliyev Zallar kəndinin təməlini qoyub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin Ukraynaya görə Moskvaya təzyiq edir: dünya savaşı qorxusu
Trampın andiçməsində bayraqlar yarıya qədər endiriləcək -Ağ Ev niyə bu qərarı verdi?
Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri- Video

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...