Qaynar xətt:

(+99450) 247 90 86

Prezident: Bu gün qarşıda duran əsas məsələlərdən biri ixracın şaxələndirilməsidir

Prezident: Bu gün qarşıda duran əsas məsələlərdən biri ixracın şaxələndirilməsidir

SİYASƏT

482

25.05.2023, 18:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsul 3 dəfədən çox artıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.


Dövlət başçısı deyib ki, Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib.

Prezidentin sözlərinə görə, xarici borc ümumi daxili məhsulun 9 faizdən az hissəsini təşkil edir və ildən-ilə azalır.

“Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 10 dəfə üstələyir”, - Prezident İlham Əliyev əlavə edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün qarşıda duran əsas məsələlərdən biri ixracın şaxələndirilməsidir.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda işsizlik səviyyəsinin cəmi 5 faiz olmasına baxmayaraq, ölkə əhalisinin sayı 20 il ərzində 7 milyondan 10 milyona çatıb ki, bu da yeni iş yerlərinin yaradılması üçün aktiv fəaliyyət tələb edir.