Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89163
az

Ermənilər didişməyə başladılar: Paşinyan öz quyusuna düşür

19:0515 May, 2023
275
SİYASƏT
  • A

Bu gün Xankəndində, Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan şəhərində "mitinq" keçirilib.

Aksiyanın təşkilatçısı Ermənistandır. Daha doğrusu, bu "mitinq" Ermənistanın baş naziri Nikol Paşinyandır.

Əslən erməni olan, Rusiya Federasiyasının "vətəndaşlığından könüllü imtina" edən və Xankəndinə konkret missiya ilə göndərilən Ruben Vardanyanın siyasi fəallığından çox narazı qalan rəsmi İrəvan siyasətdə tam diletant olan bu aqressiv ritorikalı şəxsi Paşinyan administrasiyasına real təhlükə hesab edir.

Xankəndindəki separatçı rejimin sabiq "dövlət naziri"nin aktivliyini minimuma endirmək üçün İrəvan təcili olaraq Samvel Babayanı "xüsusi missiya" ilə qarabağlı ermənilərə ezam edib.

"Mitinq"in təşkilatçısı da Xankəndindəki xuntanın "Təhlükəsizlik Şurası"nın sabiq rəhbəri olmuş S.Babayan birmənalı olaraq Paşinyandan alınan göstərişləri həyata keçirməklə məşhğuldur.

Onun yardımçısı isə qarabağlı ermənilərin rəhbəri Araik Arutyunyanın "Antiböhran Şurasının sədri" Tiqran Petrosyandır.

Ruben Vardanyan pulla ələ aldığı yerli ermənilərin bir qrupunu Xankəndinin mərkəzindəki meydana toplayaraq "Sonadək mübarizə!", "Azad dövlət olacağıq!", "Azərbaycanla heç bir danışıqlar olmayacaq!" və s. tipli şüarlarla mitinq təşkil etmişdi.

Diletant siyasətçi-milyarder bu minvalla ilk əvvəl Araik Arutyunyana təzyiq göstərmək, qarabağlı ermənilər arasında real təsir imkanlarına "kimin malik olduğunu" nümayiş etdirmək istəyirdi.

Vardanyanın, daha doğrusu, bu marioneti meydana buraxanların və konkret hədəflərə malik qüvvələrin məqsədi çoxdan bəllidir.

Onlar Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yol verməməyə, Zəngəzur dəhlizi layihəsinin reallaşmasını maksimal dərədəcə ertələməyə, habelə qarabağlı ermənilərin Azərbaycan Konstitusiyası çərçivəsində cəmiyyətimizə reinteqrasiyasına yol verməməyə çalışırlar.

Ruben Vardanyanın qarşısına məhz buna görə vəziyyəti mümkün qədər gərginləşdirmək tapşırığı qoyulub.

Onun qarabağlı erməniləri "Azərbaycana qarşı silahlı mübarizə"yə səsləməsi, Xankəndində guya "könüllülərdən ibarət" dəstələri yaratmağa başlayacağını bəyan etməsi, Bakı ilə danışıqlara və müzakirələrə yol verməmək üçün bütün vasitələrdən istifadə edəcəyini vurğulaması məhz bu səbəbdən təsadüfi açıqlamalar deyil.

Ümumiyyətlə, R.Vardanyan spontan qaydada heç nə etməyib və yaxın gələcəkdə etmək niyyətində də deyil. Onun yaxın perspektivdə niyyəti Araik Arutyunyanı kənarlaşdıraraq xuntanın rəhbəri olmaq, daha sonra isə Ermənistana yollanaraq oradakı Rusiyaya meyilli, daha doğrusu, Rusiyanın idarə etdiyi siyasi qüvvələrə stavka edərək hakimiyyətə gəlməkdir.

Ermənistanın baş naziri postuna sahib çıxmaq istəyini gizlətməyən Ruben Vardanyanın istəkləri sadəcə, ermənilərin daxili siyasəti ilə bağlı deyil: o, Cənubi Qafqaz regionunda maraqları olan revanşist və neoimper qüvvələrin kuryeri, hətta marionetkası qismində fiqurdur.

Nikol Paşinyanın xarici siyasəti idiotizm səviyyəsində olsa da, Ermənistanın baş naziri idiot deyil və koqnitiv dissonans problemi yaşamır. Paşinyan dərk edir ki, Vardanyan onu hakimiyyətdən kənarlaşdırmaq yox - devirmək üçün göndərilən və bu səbəbdən də ilkin vasitə qismində qarabağlı ermənilərdən istifadə edərək Xankəndindəki situasiyanı İrəvana ağır pressinq qismində sürəkli istifadə etməyə can atır.

Samvel Babayanın Xankəndində "mitinq" təşkil etməsinin əsas səbəbi budur, amma əlavə vəsilə və törəmə məqam da var.

Ermənistanın baş naziri Qarabağ probleminin onun üçün ağır ballast rolunu oynadığını gün keçdikcə daha çox hiss edir.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş danışıqlardan sonra isə Nikol Paşinyan daha sərbəst hərəkət etməyə başlayıb. Rəsmi İrəvan onillər boyu fasiləsiz davam etdirdiyi aqressiv ritorikanın heç bir nəticə vermədiyini gördüyündən yeni reallıqla barışıb.

Tarixə qovuşmuş "Dağlıq Qarabağ" ifadəsi ilə səciyyələndirilən ərazilər olmadan Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü tanıyan Ermənistanın üzləşdiyi labirintdən yeganə çıxış yolu var: Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkmək, Ermənistanın dövlət sərhədlərinin də 1991-ci ildə imzalanmış Alma-Ata bəyannaməsinə uyğun, yəni sabiq Ermənistan SSR çərçivəsində olduğunu etiraf etmək və bunu rəsmiləşdirmək.

Paşinyanın son vurnuxmalarının bazisində duran məqamlar da dəyişib. Belə ki, əgər ötən ilin sonlarınadək o, qarabağlı ermənilərin statusunun İrəvan üçün prioritet məsələ olduğunu vurğulayırdısa, indi elə həmin qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliyinin təminatının vacibliyindən danışır.

Yəni Nikol Paşinyan artıq ermənilərin şüuruna çox sadə reallığı yeridir: Qarabağ idefiksi ilə vidalaşmaq gərəkdir, Qarabağ Azərbaycan ərazisidir və bu məsələ artıq həll olunub. İrəvan indi yalnız qarabağlı ermənilərin statusu ilə bağlı sərt alver aparmaq niyyətindədir.

Üstəlik, Paşinyan qazdığı quyunu daha da dərinləşdirir və məsuliyyəti boynundan ataraq bu qərarları Ermənistanın yaxındakı, xüsusilə də uzaqdakı dostlarının və müttəfiqlərinin təvəqqesi əsasında qəbul etdiyini bəyan edir.

Brüssel danışıqlarından sonra Şarl Mişelin və Nikol Paşinyanın bəyanatlarında Ermənistan ərazisinin 29800 kvadrat kilometr kimi göstərilməsi də təsadüf deyil. Bu rəqəmlər sabiq Ermənistan SSR-nin sovetlər dövründəki ərazisidir.

Ümumiyyətlə, Ermənistanın indiki vəziyyəti Nikol Paşinyan üçün həlledilməz problemdir. Azərbaycan hazırda rusiyalı sülhməramlıların nəzarətindəki ərazilər üzərində kontrolunu sürəkli artırır, İrəvanın bel bağladığı hamilər isə ermənilərin ümidlərini puç edərək "gözlənilən addımlar" atmırlar.

Vəziyyət ermənilər üçün elə çətinləşib ki, Azərbaycanla şərti dövlət sərhədindəki atışmalar belə, beynəlxalq vasitəçilər olan ABŞ və Avropa İttifaqını, habelə Rusiya Federasiyasını çox ciddi şəkildə qıcıqlandıraraq narahat edir.

Nikol Paşinyan erməniləri formalaşan yeni reallıqlarla barışmağa və yeni mərhələni qəbul etməyə çağırır. Səbəb bəsitdir: İrəvan həddən ziyadə gec olsa da, dərk etdi ki, Qarabağla bağlı marazmatik ambisiyalarının cüzi də olsa, reallaşmasına nə kütləvi etirazlar və mitinqlər, yürüşlər və piketlər, nə də yalnız "qayğılanaraq narahat olduqlarını" bəyan edən "hami"lərlə "tərəfdaş"lar yardım edən deyil.

Nikol Paşinyan yekun sülh sazişini imzalayacaq. Mütləq şəkildə.

Əks təqdirdə əhalisi cəmi 2,6 milyon nəfər olan Ermənistan on minlərlə qarabağlı ermənini qaçqın kimi qəbul etməli olacaq.

İrəvan bu perspektivi düşünsə, bəlkə adekvatlığa daha tez dönər...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Tramp dönəmi üçün ABŞ-a yeni səfir göndərir -Tək namizəd odur
Ərdoğan NATO lideri ilə görüşəcək -Masada 3 əsas məsələ var
Gürcüstan DİN müxalifət partiyalarına müraciət etdi

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi