Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan, Ermənistan və Aİ liderlərinin sabah Brüsseldə keçirəcəkləri görüşün proqramı açıqlanıb

Azərbaycan, Ermənistan və Aİ liderlərinin sabah Brüsseldə keçirəcəkləri görüşün proqramı açıqlanıb

SİYASƏT

303

13.05.2023, 12:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb.

Oxu24.com -un xəbərinə görə, Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan liderlərinin sabah Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.

Bildirilib ki, görüş Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.

Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.

Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.