Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88413
az

Türkiyənin Gəncədəki Baş Konsulluğunda səsvermə başlayıb

10:0505 May, 2023
220
SİYASƏT
  • A
Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb. Konsulluqda bu gün səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb. Qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsvermədə iştirak etməsi üçün Gəncədə 3 seçki məntəqəsi yaradılıb. Qeyd edək ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir. Səsvermə bütün ünvanlarda mayın 7- si saat 21:00- dək davam edəcək. Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. “Cümhur İttifaqı”da Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib. “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan İlham Əliyevə    zəng     etdi
Hikmət Mirzəyev türkiyəli həmkarı      ilə        görüşdü
“Hər yerdə ədalət olmalıdır, biz buna çalışırıq”

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu